Murad Məmmədovun çıxış etdiyi “Pafos” Kiprdə qələbə qazanıb

Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı

Kipr Superliqasının 9-cu turunda Murad Məmmədovun formasını geyindiyi “Pafos” öz meydanında “Omoniya 29 May” komandası ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Murad Məmmədov oyuna 59-cu dəqiqədə, komandasının bütün qollarını vurduğu vaxtda daxil olub.

“Pafos” hazırda 16 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6