“Sabah” – “Barselona” oyununa 74 ölkədən azarkeş gələcək

Arxiv fotosu; “Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!
Sabah FK · Arxiv fotosu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda keçiriləcək “Sabah” – “Barselona” matçına 74 fərqli ölkədən bilet alınıb.

Klubun rəsmi sosial şəbəkə hesablarında yayılan məlumata görə, dünyanın müxtəlif nöqtələrindən olan azarkeşlər Bakıdakı qarşılaşmanı canlı izləyəcəklər.

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 21:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6