Məşqçilər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda təlimlər keçirilir

AFFA cari mövsümdən etibarən “B” kateqoriyalı məşqçi lisenziyasını yeniləmək istəyən şəxslər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda təlimlərə başlayıb.

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin mütəxəssisi Murad Məmmədli məşqçilərə manipulyasiya üsulları, risklər və idman mərclərinin rolu barədə məlumat verib.

Təlimdə məşqçilərin dürüstlük prinsiplərini qoruması, şübhəli təkliflər barədə vaxtında məlumat verməsi və etik öhdəlikləri müzakirə edilib.

İştirakçılara AFFA-nın 2025-ci ildə yenilənmiş İntizam Məcəlləsinin müddəaları və beynəlxalq təcrübədən nümunələr təqdim olunub.

Təlimin praktiki hissəsində məşqçilər fəaliyyət zamanı qarşılaşa biləcəkləri müxtəlif situasiyaları qruplar halında müzakirə ediblər.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6