Futzal üzrə Yüksək və Birinci Liqaların püşkü atılıb

Futzal üzrə 2026/2027-ci illər mövsümünün təqdimat mərasimi keçirilib, yeni loqo təqdim olunub və liqaların püşkü atılıb. Yüksək Liqada 10, Birinci Liqada isə 11 komanda mübarizə aparacaq.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev futzal üzrə Azərbaycan milli komandasının yalnız yerli oyunçulardan formalaşdırılacağını bildirib. Həmçinin, “Xırdalan 0.0” brendinin milli komandanın sponsoru olduğu açıqlanıb.

Futzal və Çimərlik Futbolu Departamentinin rəhbəri Fərid Babayev Yüksək Liqanın reqlamentini açıqlayıb. Birinci mərhələdən sonra ilk 6 komanda Çempionlar qrupunda, 7-10-cu yerləri tutanlar isə Prestij qrupunda mübarizəni davam etdirəcəklər. Prestij qrupunun sonuncusu Birinci Liqaya düşəcək, 9-cu yerin sahibi isə pley-off oynayacaq.

Tədbirdə U-19 Futzal Liqasının yaradıldığı və 6 komandanın iştirakı ilə çempionat keçiriləcəyi qeyd olunub.

Yüksək Liqanın I turunda Marafon İK – Şuşa MFC, İmişli – Xankəndi, Baku Fire – Atidel Ordubad PFK, Yasamal Bakı – Araz Naxçıvan və Rəvan FK – Neftçi İK qarşılaşmaları baş tutacaq. Birinci Liqada isə Ulduz Bakı – Baku Fire-1, MC Finans – Metropoliten Bakı, Star Kargo – Neftçala PFK, Bakı MFK – İçəri Şəhər Bakı və Xəzər Futzal Klubu – Xan Lənkəran MFK oyunları keçiriləcək, “Timsport” isə turu buraxacaq.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6