Dieqo Almeyda: “Daha çox qol vurmaq istəyirəm”

Dieqo Almeyda: “Daha çox qol vurmaq istəyirəm”

Misli Premyer Liqasında 11 turdan sonra 11 xalla 8-ci pillədə qərarlaşan “İmişli” klubunun hücumçusu Dieqo Almeyda mövsümlə bağlı fikirlərini bölüşüb.

Almeyda komandanın mövsümə uğursuz başlamasını çempionatın əvvəli üçün normal hal kimi qiymətləndirib. O, sonradan toparlandıqlarını və xal ehtiyatlarını artırmaq üçün çalışdıqlarını bildirib.

Hazırda komandanın ən çox qol vuran oyunçusu olduğunu qeyd edən hücumçu, daha çox qol vurmaq üçün çox çalışdığını vurğulayıb.

Futbolçu yaranan fasilənin komandanın xeyrinə olacağını və çatışmazlıqları aradan qaldırmağa çalışdıqlarını qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6