“Qarabağ” Marko Yankoviçlə yollarını ayırmağı planlaşdırır

“Qarabağ” Marko Yankoviçlə yollarını ayırmağı planlaşdırır

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış fasiləsində Marko Yankoviçlə yollarını ayırmaq qərarına gəlib. Buna səbəb kimi futbolçunun “Qəbələ” ilə matçda Mateus Silva ilə mübahisə etməsi və nizam-intizam problemlərinin davamlı hal alması göstərilir.

Yankoviç daha əvvəl bu hərəkətinə görə 20 min dollar cərimələnib. Lakin baş məşqçi cəza tədbirlərinin artıq adekvat olmadığını düşünərək, 2027-ci ilin yayında başa çatacaq müqaviləyə vaxtından əvvəl xitam verməyi planlaşdırır.

Monteneqrolu yarımmüdafiəçiyə artıq özünə yeni komanda axtarması bildirilib. Real təklif olacağı təqdirdə, tərəflər arasında təzminat şərtləri üzrə danışıqların aparılması mümkündür.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6