“Xankəndi” FK-nın şəhərə köçməsi üçün vaxt müəyyənləşib

“Xankəndi” Futbol Klubu fəaliyyətini daimi olaraq Xankəndi şəhərində qurmağı hədəfləyir. Hazırda zəruri infrastruktur tam formalaşmadığı üçün komanda fəaliyyətini Bakıda davam etdirir və oyunlar üçün şəhərə səfər edir.

PFL-in məlumatına görə, komanda 1-ci liqadakı ev oyunlarını artıq Xankəndi şəhər stadionunda keçirəcək. Klub rəhbərliyi şəhər nümayəndəliyi ilə əlaqə quraraq yerləşmə üçün bina müəyyənləşdirməyi planlaşdırır.

İlkin plana əsasən, infrastruktur məsələləri həll olunduqdan sonra komandanın qış mövsümündən sonra Xankəndiyə köçürülməsi nəzərdə tutulur. Köçürülmənin dəqiq vaxtı yaradılacaq şəraitdən asılı olacaq.

Klubun əsas prioritetləri arasında təkcə ev oyunlarını doğma meydanda keçirmək deyil, həm də şəhərin idman həyatına inteqrasiya olmaq və bölgədə futbolun inkişafına töhfə vermək yer alır.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6