Lamin Yamal Bakıya gəlməyəcək

UEFA Çempionlar Liqasının V turunda “Sabah”ın qonağı olacaq “Barselona” Bakıya ciddi itki ilə gəlir. Klubun mətbuat xidmətinin məlumatına görə, komandanın lideri Lamin Yamal Azərbaycan çempionuna qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

19 yaşlı vingerin topuğunda yüngül zədə olduğu üçün o, kollektivlə birgə Azərbaycana səfər etməyəcək. Futbolçunun La Liqa çərçivəsində “Deportivo” ilə matçda meydana çıxması gözlənilir.

“Sabah” və “Barselona” arasında qarşılaşma noyabrın 25-də, saat 21:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6