Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şmona” qələbə qazanıb

Rüfət oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şmona” İsrail Premyer Liqasının 10-cu turunda “Hapoel”i (Hayfa) 2:0 hesabı ilə məğlub edib.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Rüfət Abdullazadə 58-ci dəqiqədə meydana daxil olub. Meydan sahiblərinin qollarını 69-cu dəqiqədə Şay Ben David, 90+3-cü dəqiqədə isə Bilal Şahin vurub.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran “Kiryat Şmona” turnir cədvəlində 11-ci pilləyə yüksəlib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6