Emin Salmanov Xankəndidəki təəssüratlarını bölüşüb

Peşəkar Futbol Liqasının dəvəti ilə Xankəndiyə gələn veteran futbolçu Emin Salmanov “Xankəndi” – “Karvan-Yevlax” matçı ərəfəsində fikirlərini bildirib.

38 ildən sonra doğma şəhərə və stadiona qayıtmağın qürurverici olduğunu deyən Salmanov, hazırda həyatının ən xoşbəxt günlərindən birini yaşadığını qeyd edib.

Veteran futbolçu 7-17 yaşları arasında bu stadionda məşq etdiyini və daxili çempionatda çıxış edən komandada oynadığını xatırladıb.

Salmanovun sözlərinə görə, o dövrdə komandada azərbaycanlıların sayı az olsa da, şəhəri təmsil etməklə bağlı xoş xatirələri qalıb.

O, stadionun yaxınlığında yerləşən evlərini və uşaqlıq illərində futbola olan böyük həvəslərini vurğulayıb.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6