“Neftçi” 21-ci əsrin məhsuldarlıq rekordunu yenilədi

Arxiv fotosu; “Neftçi”də bərpa məşqi
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasının lideri “Neftçi” cari mövsümdə keçirdiyi 10 qarşılaşmada 25 qol vuraraq 21-ci əsr üçün yeni rekorda imza atıb.

Bakı klubu son 25 mövsüm ərzində ilk 10 matçda 2,50 orta məhsuldarlıq göstəricisinə çatmamışdı. Komanda sonuncu dəfə 2000/01 mövsümünün ilk 10 turunda 28 qol vurmuşdu.

Çempionatın tarixi ərzində ən yüksək nəticə də “Neftçi”yə məxsusdur; paytaxt təmsilçisi 1996/97 mövsümünün ilk 10 oyununda 42 qol vurub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6