Özbəkistan nümayəndə heyəti Azərbaycanın futbol infrastrukturunu öyrənir

Arxiv fotosu; Yoxlama oyununda qələbə qazandıq
Neftçi PFK · Arxiv fotosu

Özbəkistan nümayəndə heyəti FIFA U-20 dünya çempionatına hazırlıq çərçivəsində Azərbaycanın futbol infrastrukturunu araşdırır. FIFA, Özbəkistan Futbol Assosiasiyası və AFFA nümayəndələri Bakıda keçirilən görüşdə turnirə hazırlıq məsələlərini müzakirə ediblər.

Tərəflər idman və təşkilati infrastrukturun inkişafı, həmçinin qonaqlar üçün zəruri şəraitin yaradılması barədə fikir mübadiləsi aparıblar. Çempionatın qrup oyunlarının Özbəkistanın Fərqanə vilayətində də keçirilməsi planlaşdırılır.

Özbəkistan nümayəndələri AFFA-nın müşayiəti ilə “Neftçi” klubunun bazası və akademiyası ilə tanış olublar. Görüşdə akademiyaların işi və gənc oyunçuların hazırlığı sahəsində təcrübə mübadiləsi aparılıb.

Noyabrın 13-də nümayəndə heyətinin “Sabah” futbol akademiyasını və Bakı Olimpiya Stadionunu ziyarət etməsi nəzərdə tutulur.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6