“Neftçi” rəhbərliyi mükafat məbləğini artırıb

Arxiv fotosu; “Zəfər turu”nda qələbə qazandıq
Neftçi PFK · Arxiv fotosu

“Neftçi” Premyer Liqanın ilk dövrəsini turnir cədvəlinin vahid lideri kimi başa vurub. Yuri Vernidubun rəhbərlik etdiyi komanda “Kəpəz” üzərində 1:0 hesablı qələbə qazanaraq xal ehtiyatını 24-ə çatdırıb.

Klub rəhbərliyi futbolçuları ruhlandırmaq üçün mükafat fondunu artırıb. “Kəpəz”lə oyunda qələbə qolunu vuran Alen Şkribek və komanda yoldaşları bu nəticəyə görə 3000 manat mükafat əldə ediblər.

Hazırda “Neftçi” ən yaxın izləyiciləri olan “Sabah” və “Turan Tovuz”u 3, “Qarabağ”ı isə 5 xal qabaqlayır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6