Azərbaycanın U-21 yığması Omanı məğlub edib

Arxiv fotosu; (U-21) Cəbəllütariq ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə keçirdiyi ikinci yoxlama oyununda 4:2 hesablı qələbə qazanıb.

Oyunun 2-ci dəqiqəsində Məhəmməd Əl-Buraidi hesabı açsa da, Azərbaycan millisi 28-ci dəqiqədə Elgün Dünyamalıyev və 42-ci dəqiqədə Əli Xəlilovun qolları ilə fasiləyə üstün yollanıb.

İkinci hissədə İlkin Cəfərli 65-ci dəqiqədə fərqi artırıb. Tarik Əl-Sadi 66-cı dəqiqədə cavab qolu vursa da, 78-ci dəqiqədə Niyazi Osmanov matçın yekun hesabını müəyyənləşdirib.

Komandalar arasında keçirilən ilk yoxlama görüşü də Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6