“Qəbələ”nin növbəti 6 oyununun vaxtı müəyyənləşib

Misli Premyer Liqası və Azərbaycan kubokunda “Qəbələ”nin keçirəcəyi 6 oyunun vaxtı dəqiqləşib.

Komanda noyabrın 29-da saat 14:30-da “Şamaxı”nın qonağı olacaq, dekabrın 2-də isə kubokun 1/8 finalında “Şahdağ Qusar”ı qəbul edəcək.

Dekabrın 5-də “İmişli” ilə səfər matçı saat 14:30-da, dekabrın 11-də “Kəpəz”lə ev oyunu isə 16:30-da başlayacaq.

“Qəbələ” ilin son matçını dekabrın 20-də saat 17:15-də “Neftçi”yə qarşı, 2027-ci ilin ilk oyununu isə yanvarın 22-də saat 16:00-da “Sumqayıt”la keçirəcək.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6