Rui Jorje İraqla yoldaşlıq görüşündən sonra fikirlərini bildirib

Rui Jorje İraqla yoldaşlıq görüşündən sonra fikirlərini bildirib

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İraqın müvafiq yaş qrupu ilə yoldaşlıq görüşündə qolsuz heç-heçə edib. Baş məşqçi Rui Jorje matçdan sonra keçirilən mətbuat konfransında təlim-məşq toplanışının gedişindən razı qaldığını və futbolçuların tələblərə müsbət cavab verdiyini bildirib.

Portuqaliyalı mütəxəssis komandanın əsas məqsədinin inkişaf etmək olduğunu vurğulayıb. O, oyunun birinci hissəsində üç təhlükəli vəziyyət yaratdıqlarını, lakin epizodlarda daha dəqiq ola biləcəklərini qeyd edib.

Rui Jorje komandasının oyunboyu müdafiədə inamlı çıxış etdiyini bildirib. Baş məşqçi hücum fazasında keyfiyyəti artırmağa çalışdıqlarını əlavə edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6