“Ferentsvaroş” Breno Almeydanı heyətinə qatmaq istəyir

“Neftçi”nin braziliyalı hücumçusu Breno Almeyda Macarıstanın “Ferentsvaroş” klubunun maraq dairəsindədir. Budapeşt təmsilçisi qış transfer pəncərəsində futbolçunu heyətinə cəlb etmək üçün növbəti dəfə cəhd göstərə bilər.

“Ferentsvaroş” yayda da 28 yaşlı oyunçunu transfer etməyə çalışıb, lakin tərəflər razılığa gələ bilməyib. İddiaya görə, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub komandanın ən məhsuldar futbolçularından birinin ayrılmasına razılıq verməyib.

Braziliyalı hücumçu cari mövsümün əvvəlində səkkiz rəsmi oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. “Ferentsvaroş”un baş məşqçisi Balazs Borbey komandasını məhz bu cinah oyunçusu ilə gücləndirməkdə maraqlıdır.

Breno Almeyda 2026-cı ilin fevralında “Etnikos”dan “Neftçi”yə keçib. Hazırda o, Bakı klubunda yayda “Zalaegerseq”dən transfer olunan macar futbolçu Alen Şkribeklə birgə çıxış edir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6