Yuri Maksimov “Neftçi”yə məğlubiyyəti şərh edib

Arxiv fotosu; Yuri Maksimov
Araz-Naxçıvan PFK · Arxiv fotosu

“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 12-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.

Maksimov bildirib ki, buraxılan ilk qol komandanı çətin vəziyyətə salıb və ikinci hissədə qapılarında gördükləri qollar istədikləri nəticəni almağa mane olub.

Baş məşqçi heyətdə zədəli oyunçuların olduğunu və gənc futbolçulara şans verdiklərini qeyd edib.

Ağadadaş Salyanskinin “Neftçi”yə qarşı oynamamasının səbəbi onun rəqib klubdan icarəyə götürülməsidir. Eyni səbəbdən Abdulal Rzayev də növbəti turda “Sabah”a qarşı meydana çıxa bilməyəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6