Azərbaycanın U-19 yığmasının Monteneqroya böyükhesablı məğlubiyyəti futbol sistemindəki problemləri gündəmə gətirib

Arxiv fotosu; U-19 millimiz növbəti mərhələyə yüksəlmək üçün Serbiyada qrup qalibi olmalıdır - YENİLƏNİB
Arxiv fotosu

Azərbaycanın U-19 yığmasının Monteneqroya 2:7 hesabı ilə uduzması ölkə futbolunda illərdir yığılıb qalan problemləri yenidən aktuallaşdırıb. Matçın ilk hissəsinin 1:6 hesabı ilə başa çatması fiziki və taktiki hazırlıq, eləcə də məşq metodologiyası ilə bağlı ciddi suallar yaradır.

Azərbaycan millisində Əli Əliyev və Məhəmməd Çodarov fərqlənsələr də, rəqib komanda oyunun ritmini və sürətini ilk dəqiqələrdən müəyyənləşdirib. Monteneqro heyətində Viktor Bubanya, Vukota Knejeviç, Velko Mijoviç, Viktor Lesyak və Matia Yovanoviç kimi oyunçuların fəaliyyəti rəqibin hazırlıq səviyyəsini nümayiş etdirib.

Monteneqro futbolçularının gənc yaşlarından Avropanın peşəkar klub sistemlərinə inteqrasiya olunması nəticəyə təsir edən əsas amillərdəndir. Məsələn, Viktor Lesyak İspaniyanın “Almeriya”, Andriya Vukoye isə İtaliyanın “Roma” klublarının aşağı yaş qruplarında çıxış edirlər.

Monteneqro futbolunda gənc oyunçuların inkişafı üçün fiziki hazırlıq, tibbi təminat və fərdi inkişafı əhatə edən sistemli mühit yaradılıb. Azərbaycan futbolunda isə Avropanın aparıcı klublarında uzunmüddətli karyera qurmuş futbolçu nümunələri demək olar ki, yoxdur.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6