U-19 millimiz seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Arxiv fotosu; U-19 millimiz növbəti mərhələyə yüksəlmək üçün Serbiyada qrup qalibi olmalıdır - YENİLƏNİB
Arxiv fotosu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda Monteneqro ilə qarşılaşıb. Belqradda keçirilən oyun rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində qolları 31-ci dəqiqədə penaltidən Əli Əliyev və Məhəmməd Çodarov vurub.

Yığmamız növbəti oyunlarını noyabrın 14-də Serbiyaya, noyabrın 17-də isə Farer adalarına qarşı keçirəcək.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6