Leandro Andrade Kabo-Verde millisinə dəvət alıb

“Qarabağ”ın sabiq futbolçusu üç ildən sonra milli komandaya çağırılıb

“Qarabağ”ın heyətində çıxış etmiş və hazırda Ukraynanın “Polesye” klubunun formasını geyinən Leandro Andrade Kabo-Verde milli komandasına dəvət alıb. 26 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kuboku-2027-nin seçmə mərhələsi çərçivəsində Liberiya yığmasına qarşı keçiriləcək oyunlar üçün rəsmi heyətə daxil edilib.

“Polesye” klubu sosial media hesabında Leandro Andradeni milli komandaya qayıtması münasibətilə təbrik edib və ona 13 və 17 noyabr tarixlərində baş tutacaq qarşılaşmalarda uğurlar arzulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6