Aleksey Kaşuk Ukrayna millisinin heyətində Gürcüstanla matçda iştirak edib

Aleksey Kaşuk Ukrayna millisinin heyətində Gürcüstanla matçda iştirak edib

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinin heyətində Gürcüstanla keçirilən görüşdə meydana çıxıb.

Yarımmüdafiəçi matçın 64-cü dəqiqəsində Qennadi Sinçuku əvəzləyərək oyunun qalan hissəsində və əlavə olunmuş vaxtda meydanda olub.

Slovakiyanın Koşitse şəhərində baş tutan UEFA Millətlər Liqasının B Liqası 2-ci qrupunun 6-cı tur matçı Ukraynanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 1-ci dəqiqədə Danilo Sikan vurub.

Bu qarşılaşma 26 yaşlı futbolçu üçün Ukrayna millisində ikinci oyun olub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6