Latviya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Latviyanın millimizlə oyun üçün heyəti açıqlandı

Azərbaycan millisi ilə qarşılaşacaq Latviya yığmasının heyəti müəyyənləşib. Baş məşqçi Massimiliano Bellarten 15 futzalçını heyətə dəvət edib.

Baş məşqçi Massimiliano Bellarten Azərbaycan millisini təcrübəli və güclü komanda adlandırıb. O, rəqibin püşkatma zamanı ikinci səbətdə yer almasının təsadüfi olmadığını bildirib.

Bellartenin sözlərinə görə, qarşıdakı oyun Latviya yığmasının inkişafı və uğur qazanması üçün fürsətdir. O, komandanın yüksək səviyyəli yarışların təzyiqinə uyğunlaşmalı olduğunu qeyd edib.

Baş məşqçi iki il yarım əvvəl Latviyada futzalın səviyyəsini qaldırmaq və rəqabətədavamlı milli komanda formalaşdırmaq məqsədi ilə yola çıxdıqlarını və bu istiqamətdə işlərini davam etdirdiklərini vurğulayıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6