Tural Piriyev: İnfrastruktur problemi olan klubları Premyer Liqaya buraxmaq düzgün olmaz

Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev bildirib ki, infrastruktur çatışmazlığı olan komandaların Premyer Liqaya buraxılması məqsədəuyğun deyil. O, hazırda Birinci Liqada çıxış edən iddialı klublardan ikisinin stadionunun olmadığını qeyd edərək, komanda sayının artırılması üçün infrastrukturun yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

Piriyev “İmişli” klubunun iki ildir stadionsuz fəaliyyət göstərməsinə münasibət bildirərək, klubun üzərinə çox gedildiyini və investorun təkbaşına çətinlik çəkdiyini qeyd edib. Onun sözlərinə görə, İmişlidə torpaq sahəsinin ayrılması ilə bağlı məsələ həll olunmaq üzrədir və klubun kiçik stadion tikmək planı var.

FİF rəsmisi “Hypers Quba” klubunun rəhbərliyi ilə bağlı iddialara cavab olaraq, klubun satışı prosesində iştirak etmədiklərini bildirib. O, potensial investorların “Hypers Quba”dan imtina edərək “Səbail”i seçmələrinin səbəbini klub rəhbərliyinin maddi tələbləri ilə əlaqələndirib.

Tural Piriyev “Turan Tovuz”un avrokuboklardan kənarlaşdırılmasına səbəb olan 2026/2027 mövsümü ilə bağlı məsələyə toxunaraq, 2019-cu ildə kluba qarşı heç bir sanksiya tətbiq edilmədiyini vurğulayıb. O, bu qərarın UEFA qaydaları çərçivəsində araşdırma nəticəsində verildiyini bildirib.

Fond rəhbəri “Şahdağ Qusar” klubunun stadionunun layihələndirmə mərhələsinin başa çatmaq üzrə olduğunu və yaxın illərdə problemin həllini gözlədiyini qeyd edib. O, klubun Qusarda məskunlaşmaq planlarının olduğunu, lakin bunun üçün stadionun tikintisinin vacib olduğunu bildirib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6