“Göyəzən”in baş məşqçisi: “Sponsorumuz olmadığı üçün icarəhaqqını ödəyə bilmirik”

“Göyəzən”in baş məşqçisi: “Sponsorumuz olmadığı üçün icarəhaqqını ödəyə bilmirik”

“Göyəzən”in baş məşqçisi Süleyman Məmmədov bildirib ki, klubun sponsoru olmadığı üçün Qazaxdakı mərkəzi stadionun icarəhaqqını ödəmək imkanları yoxdu. Məşqçi qeyd edib ki, 23 il ərzində bu xərcləri “TuranBank” qarşılayıb, lakin hazırda müqavilə bağlanması və ödəniş tələb olunsa da, klubun vəsaiti çatışmır.

Stadion Həmkarlar İttifaqının balansında olduğu üçün “Göyəzən” Region Liqasındakı ev oyunlarını Qazaxda keçirə bilmir. AFFA-nın stadionla bağlı danışıqlar apardığını deyən Məmmədov, komandanın mövsümün açılış oyununu Tovuzda keçirdiyini və “Turan Tovuz” rəhbərliyinin onlara təmənnasız şərait yaratdığını vurğulayıb.

Qazaxda futbola marağın yüksək olduğunu deyən baş məşqçi, hazırda 100-dən çox uşağın, o cümlədən qızlardan ibarət komandanın müxtəlif yaş qruplarında məşğul olduğunu bildirib. Klubun “Sabah”la əməkdaşlıq müqaviləsi var və bu çərçivədə bəyənilən futbolçular akademiyaya dəvət olunurlar.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6