Yuri Vernidub: “Məyusedici məqam belə bir qol buraxmağımız oldu”

Arxiv fotosu; Yuri Vernidub
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasının XII turunda “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub qələbədən məmnun qaldığını bildirib.

Vernidub rəqibin turnir cədvəlindəki mövqeyinə baxmayaraq, süni örtüklü meydançada çətinlik çəkdiklərini və bəzi epizodlarda top itkilərinə yol verdiklərini qeyd edib.

Baş məşqçi buraxılan qolu tənqid edərək, yuxarı pillələrə iddia edən komandanın belə səhvlərə yol verməməli olduğunu vurğulayıb.

Qustavo Klismanın vurduğu qolu yüksək qiymətləndirən mütəxəssis, futbolçunun artıq mövsümdə altıncı qoluna imza atdığını xatırladıb.

Növbəti turda “Zirə” ilə qarşılaşacaqlarını xatırladan Vernidub, revanş hissi ilə deyil, maksimum nəticə qazanmaq və yaxşı futbol sərgiləmək məqsədi ilə meydana çıxacaqlarını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6