Murad Məmmədovun komandası Kipr çempionatında qələbə qazanıb

Arxiv fotosu; Murad Məmmədov
Arxiv fotosu

Kipr 1-ci Divizionunun 10-cu turunda “Pafos” səfərdə “Omoniya Aradippou” ilə qarşılaşıb.

Görüş “Pafos”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın heyətində Ken Sema və Jonatas Noro fərqlənib, “Omoniya Aradippou”nun heyətində isə Anderson Silva avtoqola imza atıb.

Azərbaycanlı futbolçu Murad Məmmədov matçı meydandan kənarda izləyib.

Bu nəticədən sonra xallarını 19-a çatdıran “Pafos” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6