Cahangir Həsənzadə: Lixtenşteynlə oyunda xal itkisi barədə düşünmək istəmirəm

Cahangir Həsənzadə: Lixtenşteynlə oyunda xal itkisi barədə düşünmək istəmirəm

AFFA-nın sabiq Texniki direktoru Cahangir Həsənzadə UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Lixtenşteyn – Azərbaycan matçından yalnız qələbə gözlədiyini bildirib. O, komandanın üç xal qazanmaq üçün kifayət qədər imkanlara malik olduğunu qeyd edib.

Həsənzadə yığmanın ev oyunundakı nəticənin ürəkaçan olmadığını xatırladaraq, futbolçuların səhvlərdən nəticə çıxardıqlarına inandığını vurğulayıb. Mütəxəssis bildirib ki, tapşırıqların düzgün yerinə yetirilməsi və qol imkanlarından istifadə edilməsi halında millimiz qrup liderliyinə yüksələ bilər.

Futbolda hər cür nəticənin mümkün olduğunu qəbul edən Həsənzadə, buna baxmayaraq, Lixtenşteynlə görüşdə xal itkisi və ya məğlubiyyət barədə düşünmək istəmədiyini ifadə edib. Noyabrın 13-də Vadutsda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6