“Qarabağ” 11 ildən sonra analoji seriya ilə üzləşib

Arxiv fotosu; 1000-ci oyunda 2 qollu qələbə
Qarabağ FK · Arxiv fotosu

Azərbaycan Premyer Liqasının ən titullu klubu olan “Qarabağ” ardıcıl üç çempionat oyununda heç-heçə edib. Ağdam təmsilçisi “Neftçi” ilə 3:3, “Sabah” və “Qəbələ” ilə isə qolsuz bərabərə qalıb.

Bu nəticə ilə klub 11 illik fasilədən sonra belə bir seriya ilə üzləşib. Komanda sonuncu dəfə 2015/16 mövsümünün ilk yarısında “Zirə”, “Sumqayıt” və “Qəbələ” ilə oyunlarda ardıcıl üç dəfə xal itirmişdi.

Qeyd edək ki, cari mövsümdə bu, ikinci belə haldır. Daha əvvəl “Neftçi” “Sabah”, “Qarabağ” və “Turan Tovuz”la qarşılaşmalarda ardıcıl üç dəfə heç-heçəyə imza atmışdı.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6