Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalında mübarizəni davam etdirir

Arxiv fotosu; Azərbaycan millisi Cəbəllütariq üzərində inamlı qələbə qazandı
AFFA · Arxiv fotosu

Famil Xəlilovun rəhbərlik etdiyi Azərbaycanın U-15 millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında C Divizionunda mübarizə aparır. Komanda qrup mərhələsini 9 xalla üçüncü pillədə başa vuraraq bu diviziona vəsiqə qazanıb. Qrup mərhələsində Timor-Leste (6:0), Andorra (1:0) və İsrail (3:1) üzərində qələbə qazanan yığma, Avstraliya (1:3) və Haiti (0:4) ilə oyunlarda məğlubiyyətə uğrayıb.

C Divizionunda keçirilən görüşlərdə Azərbaycan millisi Çiliyə 1:3 hesabı ilə uduzub, lakin Cəbəllütariq yığmasını 5:1, Mozambik seçməsini isə 4:1 hesabı ilə məğlub edib. Hövsan Yarış Kompleksində baş tutan Cəbəllütariqlə qarşılaşma Azərbaycanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnir çərçivəsində keçirilən növbəti oyunda Azərbaycanın U-15 millisi Vyetnam yığması ilə qarşılaşıb. Famil Xəlilovun yetirmələri bu görüşdən 2:4 hesablı məğlubiyyətlə ayrılıblar.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6