Azərbaycanın U-15 millisi FIFA Dünya Çempionatı və Festivalı çərçivəsində Çili ilə qarşılaşacaq

Millimizin növbəti rəqibi müəyyənləşdi
AFFA

Azərbaycanın U-15 millisi FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində növbəti oyununu keçirəcək. Komanda oktyabrın 28-də saat 11:30-da Hövsan Yarış Kompleksində Çili yığması ilə üz-üzə gələcək.

Turnirin əsasnaməsinə əsasən, qalib komandalar 1/8 final mərhələsinə yüksələcəklər, məğlub olanlar isə digər məğlub komandalarla qarşılaşacaqlar. Hər komanda 3-cü səbətdə ümumilikdə beş oyun keçirəcək. Bütün görüşlərini qələbə ilə başa vuran komanda bu səbətin qalibi olaraq ümumi turnir sıralamasında 65-ci yeri tutacaq, bütün oyunlarında məğlub olan komanda isə 3-cü səbətdə 32-ci, ümumi turnir sıralamasında isə 96-cı yerdə qərarlaşacaq.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6