“Neftçi” məşqləri bərpa edib

Arxiv fotosu; Imad Faraj
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasında “Kəpəz” üzərindəki qələbədən sonra dördgünlük istirahətə çıxan “Neftçi” hazırlıqlarını davam etdirir. Komanda baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında “Palms Sports” Futbol Mərkəzində məşqlərə başlayıb.

Milli komandaların düşərgəsində olan oyunçuların yoxluğunu doldurmaq məqsədilə məşq prosesinə “Neftçi”nin B komandasından gənc futbolçular cəlb olunub.

Paytaxt klubu növbəti oyununu noyabrın 22-də keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq “Araz-Naxçıvan”la qarşılaşma saat 14:30-da başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6