Qurban Qurbanov “Qarabağ”ın 4 futbolçusunu start heyətindən kənarda saxlayıb

Arxiv fotosu; Qurban Qurbanov
Qarabağ FK · Arxiv fotosu

Son 4 matçda qələbə qazana bilməyən “Qarabağ” 1-ci dövrəni turnir cədvəlinin 4-cü pilləsində başa vurub. Komandanın 11-ci turda “Turan Tovuz”a məğlub olması onun 2-ci sıraya yüksəlməsinə mane olub.

“Turan Tovuz”la görüşdə Marko Yankoviç, Mateus Silva, Bəhlul Mustafazadə və Kadi Borges start heyətində yer almayıb. Baş məşqçi Qurban Qurbanov onlardan yalnız Silvanı sonradan meydana daxil edib.

Marko Yankoviç və Mateus Silvanın heyətdən kənarda qalmasına 10-cu turda “Qəbələ” ilə matçdakı dalaşmaları səbəb olub. Bəhlul Mustafazadənin ehtiyatda qalması onun uzun müddət zədəli olması ilə izah edilir.

Kadi Borgesin zədəsinin olmadığı və ehtiyatda qalmasının Qurban Qurbanovun şəxsi qərarı olduğu bildirilir. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.

Aleksey Kaşuk “Ukrainskiy futbol” nəşrinə müsahibəsində “Qarabağ”la danışıqlar apardığını, lakin konkret nəticəyə gəlmədiklərini bildirib. Ehtimal olunur ki, klubun vinger üçün müəyyən etdiyi transfer qiymətini maraqlanan tərəflər ödəmək istəməyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6