AFFA və klubların akademiya rəhbərləri arasında işgüzar görüş keçirilib

AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
AFFA

Oktyabrın 27–28-də Bakıda AFFA-nın texniki direktoru Edmond Klausun iştirakı ilə Premyer Liqa və digər futbol klublarının akademiya rəhbərləri arasında işgüzar görüş baş tutub. Tədbirdə qurum ilə klublar arasında əməkdaşlığın genişləndirilməsi, uşaq futbolunun inkişafı və birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan futbolunun mövcud problemləri və yerli futbolçuların xarakterik xüsusiyyətləri müzakirə mövzusu olub. AFFA-nın Futbolun İnkişafı Departamentinin əməkdaşı Sakit Rzayev metodologiya və futbolda oyun modeli mövzularında təqdimatla çıxış edib.

Tədbirin ikinci günündə iştirakçılar FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində keçirilən Azərbaycan – Çili oyununu izləyiblər.

AFFA-dan verilən məlumata görə, bu formatda görüşlərin ildə üç dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti görüşün gələn ilin yanvar ayında təşkili planlaşdırılır.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6