Xuan Kamara: "Sabah"ın Çempionlar Liqasında olması məni təəccübləndirmədi"

“İnter Eskaldes”in futbolçusu Xuan Kamara “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasının onu təəccübləndirmədiyini bildirib. İspaniyalı oyunçu klubun uzun müddətdir yaxşı işlər gördüyünü və onları zirvədə görməkdən şad olduğunu qeyd edib.

Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Sabah” – “Barselona” matçı ilə bağlı fikirlərini bölüşən Kamara heç-heçənin “Sabah” üçün tarixi nəticə olacağını vurğulayıb. O, hər iki klubda xoşbəxt olduğunu və oyunun nəticəsindən zövq alacağını bildirib.

“Sabah”ın sabiq oyunçusu Bakıda və klubda keçirdiyi vaxtlardan xoşbəxt olduğunu xatırladıb. Kamara “Sabah”a “Yagelloniya”dan icarə əsasında gəldiyini və sonradan geri qayıtmalı olduğunu qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6