Yuri Vernidubun futbolçusuna tətbiq etdiyi qeyri-adi sınaq

Arxiv fotosu; Yuri Vernidub
Neftçi PFK · Arxiv fotosu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidubun “Krivbass”da çalışdığı dövrdə futbolçusu Yuri Vakulkonu qeyri-adi üsulla sınaqdan keçirdiyi məlum olub.

Vakulko bildirib ki, zədə səbəbindən Vernidubun təklifi ilə bir oyunu buraxıb, lakin komanda məğlub olduqdan sonra baş məşqçi paltardəyişmə otağında kimin əsl kişi olduğunu və kimin xırda zədələrə görə oyundan kənar qaldığını bildiyini deyib.

Vakulko məşqçiyə fasiləni onun özünün təklif etdiyini xatırladıqda, Vernidub bunun bir sınaq olduğunu və ondan fərqli cavab gözlədiyini qeyd edib.

Yuri Vakulko 2023-2025-ci illərdə Vernidubun rəhbərliyi altında “Krivbass”da 46 oyun keçirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6