Ramiz Məmmədov: “Ehtiyac yaranarsa, heyəti gücləndirə bilərik”

“Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov Azərbaycan 1-ci Liqasının 8-ci turunda “Xankəndi” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Məmmədov Xankəndidə oynamaqdan məmnunluğunu ifadə edərək, futbolçularının tapşırıqları yerinə yetirdiyini bildirib.

Baş məşqçi komandasının Premyer Liqaya yüksəlmək üçün mübarizə apardığını qeyd edib. O, mövsümə gec hazırlaşmalarına baxmayaraq, ehtiyac yaranarsa heyəti gücləndirə biləcəklərini, lakin hələlik buna ehtiyac olmadığını vurğulayıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6