AFFA Ermənistan - Kipr oyunundakı təxribatla bağlı UEFA-ya etiraz edib

AFFA Ermənistan - Kipr oyunundakı təxribatla bağlı UEFA-ya etiraz edib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 12 noyabr 2026-cı il tarixində keçirilən Ermənistan - Kipr matçında tribunalarda nümayiş etdirilən təxribat xarakterli pankart və simvollarla bağlı UEFA-ya rəsmi etiraz məktubu göndərib.

Qarşılaşma zamanı tribunada Azərbaycanın ərazisində qanunsuz yaradılmış keçmiş separatçı rejimin bayrağı və adı nümayiş olunub. AFFA bu rəmzlərin beynəlxalq oyunda göstərilməsini qəbuledilməz hesab edir.

Baş katib Cahangir Fərəcullayevin imzaladığı məktubda bildirilir ki, bu hərəkətlər UEFA-nın İntizam Qaydalarına ziddir və turnirdən siyasi təbliğat vasitəsi kimi istifadə etmək cəhdidir.

AFFA UEFA-nı insidenti araşdırmağa, müvafiq intizam tədbirləri görməyə və gələcəkdə oxşar halların qarşısını almağa çağırıb.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6