Toral Bayramovun qapıçı mövqeyi ilə bağlı suala cavabı maraq doğurub

Arxiv fotosu; Toral Bayramov
Arxiv fotosu

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransında jurnalistin sualına istehzalı cavab verib. Futbolçu baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini bildirib.

Jurnalistin “qapıda da oynayarsan?” sualına cavab verən T.Bayramov “bir oynamadığım ora qalıb” ifadəsini işlədib.

Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq. Komanda səfərdə Lixtenşteynlə qarşılaşacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6