“Xankəndi” futbol klubunun üzvləri Qarabağ Universitetini ziyarət ediblər

Arxiv fotosu; Mərkəzi arenada bol qollu bərabərlik
Qarabağ FK · Arxiv fotosu

“Xankəndi” futbol klubunun rəhbərliyi və oyunçuları Qarabağ Universitetində qonaq olublar. Səfər çərçivəsində komanda üzvləri təhsil müəssisəsinin infrastrukturu və tədris mühiti ilə tanış olublar.

Tələbələrlə görüşən futbolçular öz idman təcrübələri haqqında danışıb və gənclərin suallarını cavablandırıblar. Görüş zamanı azarkeşlər oyunçulardan imza alıb, onlarla xatirə şəkilləri çəkdiriblər.

Qarabağ Universiteti ilə klub arasındakı bu əməkdaşlıq gənclərin idmana marağının artırılmasına, azarkeşlik mədəniyyətinin inkişafına və Xankəndidə futbol mühitinin təşviqinə xidmət edir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6