Misli Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb

Misli Premyer Liqasında 2026/27 mövsümü üçün yeni tamaşaçı rekordu müəyyənləşib.

12-ci tur çərçivəsində keçirilən “Kəpəz” - “Qarabağ” matçını Gəncə şəhər stadionunda 15500 azarkeş izləyib. Bu göstərici cari mövsümün ən yüksək nəticəsidir.

Əvvəlki rekord da Gəncə şəhər stadionunda qeydə alınmışdı. 4-cü turda keçirilən “Kəpəz” - “Şamaxı” oyununu 15000 tamaşaçı seyr etmişdi.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6