Emin Mustafayev: U-17 millisinin oyunlarında 50-60 dəqiqədən sonra güc tükənir

Azərbaycanın U-17 millisinin beynəlxalq turnirlərdə böyük hesabla məğlub olmasının əsas səbəbi kimi komandanın 50-60 dəqiqədən sonra fiziki gücünün tükənməsi göstərilir. Baş məşqçi Emin Mustafayev bildirib ki, daxili çempionatdakı temp və meydançaların səviyyəsi qitə turnirlərinin seçmə mərhələsindəki rəqiblərlə müqayisədə fərqlidir.

Mütəxəssis qeyd edib ki, futbolçular beynəlxalq səviyyəli rəqiblərlə yalnız turnirlərdə qarşılaşırlar və nə milli, nə də klub səviyyəsində belə təcrübəyə malik deyillər. Komanda üzvlərinin fərdi texniki-taktiki səhvləri də oyunun gedişatına mənfi təsir göstərir.

Baş məşqçi komandanı psixoloji cəhətdən toparlamağa çalışdıqlarını və Litva ilə görüşə qələbə hədəfi ilə çıxacaqlarını bildirib. O, AFFA-nın Texniki Departamentinin rəhbəri Edmond Klausun təyinatından sonra bütün oyunlara hücum futbolu və qələbə üçün çıxdıqlarını vurğulayıb.

Seçmə mərhələdən əvvəl geniş seleksiya prosesi keçirildiyini deyən Mustafayev, futbolçuların klublarda daha çox beynəlxalq təcrübə toplamalı olduğunu qeyd edib. U-17 millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk iki oyununda Şimali İrlandiyaya 0:4, Almaniyaya isə 0:7 hesabı ilə uduzub.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6