AFFA qadın məşqçilər üçün UEFA C lisenziya kursuna başlayıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın dəstəyi ilə qadın məşqçilər üçün inkişaf proqramı çərçivəsində UEFA C lisenziya kursuna start verib. Kursda Bakıdan və regionlardan 21 qadın məşqçi iştirak edir.

Proqramın məqsədi qadınların məşqçilik sahəsində peşəkar inkişafını dəstəkləmək və UEFA lisenziyalı məşqçilərin sayını artırmaqdır. İştirakçılara məşq metodologiyası, planlaşdırma və praktiki bacarıqlar üzrə təlimlər keçirilir.

Tədris prosesi nəzəri və praktiki məşğələləri əhatə edir və qadın futbolu üzrə texniki direktor Emrah Aykurt, həmçinin AFFA-nın instruktor və tutorları tərəfindən aparılır.

AFFA-nın qadın məşqçilər üçün inkişaf proqramı 2027-ci ildə də davam edəcək. UEFA C, B, A və Fitnes B səviyyələri üzrə kurslarda iştirak etmək istəyən namizədlər 2027-ci il yanvarın 10-dək müraciət edə bilərlər.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6