Elxan Səmədov: Xankəndi şəhər stadionunda beynəlxalq oyunlar keçirmək mümkündür

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov I Liqanın “Xankəndi” – “Karvan-Yevlax” matçından sonra Xankəndi şəhər stadionunda oyun izləməyin qürurverici olduğunu bildirib.

Səmədov arenanın müasir tələblərə cavab verdiyini qeyd edərək, stadionun UEFA-nın III kateqoriyasına aid olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu şəraitdə nəinki Premyer Liqa, hətta beynəlxalq oyunları da keçirmək olar.

PFL rəhbəri I Liqada çempionluq uğrunda maraqlı rəqabətin getdiyini qeyd edib. O, məqsədlərinin futbolun yalnız paytaxtda deyil, bütün bölgələrdə inkişafına şərait yaratmaq olduğunu bildirib.

Elxan Səmədov arenanın gələcəkdə də maraqlı qarşılaşmalara ev sahibliyi edəcəyinə və Xankəndidə futbol ənənələrinin bərpasına töhfə verəcəyinə inandığını ifadə edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6