Timoteuş Puxaç İngiltərə Premyer Liqasında oynamaq istəyir

Arxiv fotosu; Timoteuş Puxaç
Arxiv fotosu

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Polşanın “meczyki.pl” nəşrinə açıqlamasında Azərbaycanda özünü və həyat yoldaşını xoşbəxt hiss etdiyini bildirib.

25 yaşlı futbolçu klubdakı şəraitdən və məşqçi heyətindən razı qalsa da, cəlbedici təklif gələcəyi təqdirdə komandasını dəyişə biləcəyini istisna etməyib.

Puxaçın ən böyük arzusu İngiltərə Premyer Liqasında çıxış etməkdir. O, hazırda Polşa millisinin düşərgəsindədir və cari mövsüm “Sabah”ın heyətində 22 oyunda 7 məhsuldar ötürmə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6