“Sabah” Norveçdə böyük hesabla məğlub olub

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Sabah” Norveçin “Vikinq” komandasının qonağı olub. Stavangerdəki “Lays Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakı təmsilçisinin heyətində yeganə qolu 11-ci dəqiqədə Orfe Mbina vurub. “Vikinq”in qollarını isə Erik Botheym (27, 90+4), Zlatko Tripiç (69) və Henrik Falkener (81) qeydə alıblar.

Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda matçın ilk hissəsini 1:1 hesablı heç-heçə ilə başa vursa da, ikinci yarıda rəqib 3 qol vuraraq 4:1 hesablı qələbə qazanıb.

Dörd turdan sonra “Sabah” 3 xalla turnir cədvəlinin 31-ci pilləsində qərarlaşıb. “Vikinq” isə 4 xalla 22-ci yerdədir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6