“Xankəndi” doğma stadionda ilk oyununa çıxıb

Azərbaycan 1-ci liqasının 8-ci turuna start verilib və ilk oyun günündə üç qarşılaşma keçirilib.

Xankəndi şəhər stadionunda keçirilən ilk matçda “Xankəndi” klubu “Karvan-Yevlax”ı qəbul edib. Görüş Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb, qolları İ.Əliyev və O.Onyeka vurub.

Turun digər oyunlarında MOİK və “Səbail” qolsuz heç-heçə edib, “Mingəçevir” isə “Baku Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6