DÇ-2028: Azərbaycan futzal millisi Latviya ilə qarşılaşacaq

Arxiv fotosu; Futzal millimiz Latviya ilə qarşılaşıb
AFFA · Arxiv fotosu

Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2028-in əsas mərhələsi çərçivəsində 12-ci qrupda Latviya yığması ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq. Görüşü xorvatiyalı hakimlər Dino Kramar, Nikola Jeliç və Nina Nakiç idarə edəcəklər.

Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Çexiyaya səfərdə 1:2 hesabı ilə məğlub olub, evdə isə 2:2 hesablı heç-heçə edib.

Matçda timekiper qismində Hidayət Feyzullayev, hakim-inspektor kimi Angelo Qalante, UEFA nümayəndəsi olaraq isə Stefan Kammerer iştirak edəcək.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6