“Neftçi”nin futbolçusu Breno Almeyda xanımı ilə Qəbələyə səfər edib

“Neftçi”nin braziliyalı vingeri Breno Almeyda çempionatdakı fasilədən istifadə edərək həyat yoldaşı Beli ilə Qəbələyə yollanıb.

Cütlük Tufandağa qalxaraq qar mənzərəsini kəşf edib. Braziliyada belə hava şəraitinə alışmayan Breno və xanımı qar topu oynayıb və qardan fiqur düzəldib.

Beli sosial şəbəkə hesabında səfərdən görüntülər paylaşaraq, gördüyü mənzərənin onda böyük təəssürat yaratdığını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6