Toral Bayramovun Polşaya transferi maliyyə səbəbindən ləngiyir

Arxiv fotosu; Toral Bayramov
Arxiv fotosu

Azərbaycan millisinin üzvü Toral Bayramov karyerasını Polşanın “Rakuv” klubunda davam etdirə bilər. Tərəflər futbolçunun altı aylıq icarəyə götürülməsi ilə bağlı danışıqlar aparır.

Hazırda “Bursaspor”da çıxış edən 25 yaşlı müdafiəçi baş məşqçi Mustafa Erin əsas heyət planlarına daxil deyil. O, cari mövsümdə Türkiyə klubunun heyətində cəmi 11 oyunda meydana çıxıb.

“Rakuv” klubu futbolçunun aylıq 50 min dollar olan əməkhaqqını qarşılamaqda çətinlik çəkir. Polşa təmsilçisi bu transfer üçün maliyyə məsələlərində həll yolu axtarır.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6